...

Müxalifət liderləri Azərbaycanın sosial-iqtisadi problemlərini müzakirə ediblər

Siyasət Materials 24 İyul 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bir neçə müxalifət partiyasının çərşənbə axşamı keçirilən toplantısında ölkənin sosial-iqtisadi problemləri müzakirə edilib. Bu barədə görüşdə iştirak etmiş Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə məlumat verib.

Görüşdə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Demokrat Partiyası, Sosial Demokat, Müsavat, Tərəqqi partiyalarının rəhbərləri və Eldar Namazov iştirak ediblər.

Əlizadənin bildirdiyinə görə, bu müxalifət liderlərinin sosial-iqtisadi problemlərlə bağlı mövqeləri eynidir. Onlar bu məsələlərə dair fikir mübadiləsi aparıb, sosial-iqtisadi duruma dair hazırlanmış təhlil sənədini müzakirə ediblər.

ASDP sədri qeyd edib ki, sonda bu mövzunun müzakirəsinin davam etdirilməsi qərara alınıb. Növbəti görüş avqustun ortalarında keçiriləcək.

Qeyd edək ki, adları çəkilən müxalifət partiyaları məşvərət qurumu yaradıblar və ayda bir dəfə toplanıb müzakirələr aparırlar.

Xəbər lenti

Xəbər lenti