...

Demokratik İslahatlar Partiyası "GUAM Azərbaycana nə vəd edir?" mövzusunda Dəyirmi masa keçirib

Siyasət Materials 1 Avqust 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ölkənin müxtəlif siyasi partiyalarını, qeyri-hökumət və dövlət qurumlarını təmsil edən gənclərlə birlikdə "GUAM Azərbaycana nə vəd edir?" mövzusunda Dəyirmi masa keçirib.

DİP sədri bildirib ki, ölkə gəncliyinin hansı Azərbaycanı qurmaq istədiklərini, gənclərin dünya gəncləri ilə rəqabətə davamlı olub-olmadığını, onların hansı məsələlərdə əməkdaşlığa hazır olduqlarını öyrənmək, problemlərdən birgə çıxış yollarını aramaq vacibdir. Azərbaycan gənclərini savadlı, rəqabətə davamlı, fərqli fikirlərə dözümlü, inkişafa meylli, peşəkar səviyyəli görmək istəyini ifadə edən Mollazadə AXCP-nin, Müsavat Partiyasının, "Yox", "Ol", "Dalğa", "Azərbaycan Gənclər Platforması", "İrəli" gənclər təşkilatlarının nümayəndələri, həmçinin gənclər və idman nazirinin müşaviri, ayrı-ayrı universitetlərin tələbələrinin mövzu ilə bağlı fikir və təkliflərini dinləyib.

Gənclər Azərbaycanın GUAM çərçivəsində regional əməkdaşlığa, eyni zamanda Avropa və Avroatlantik məkana inteqrasiyaya meyl göstərməsini pozitiv dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti