...

Müxalifət partiyası Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirəcək

Siyasət Materials 20 Avqust 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.İlhamqızı/Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) avqustun 28-də Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə partiyanın mətbuat məsələləri üzrə katibi Əli Orucov məlumat verib.

Partiya hökumətin apardığı tarif siyasətinə, ölkədə qiymət artımına etiraz edir. Partiya hesab edir ki, qiymət artımı əhalinin yaşayış səviyyəsinə uyğun gəlimir. Əvvəlcə ölkədə əhalinin yaşayışının yaxşılaşmasına nail olmaq, ondan sonra qiymət artımı məsələsinə baxmaq lazımdır.

AMİP piketlə əlaqədar bu gün - bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Məktubda avqustun 28-də saat 12.00-da Nazirlər Kabinetinin qarşısında keçiriləcək piket barədə məlumat verilir.

Müxalifəti təmsil edən AMİP 1991-ci ildə yaradılıb. Partiyanın qurucusu Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti