...

İlham Əliyev Bakıda 16 mərtəbəli binanın uçduğu əraziyə gəlib

Siyasət Materials 29 Avqust 2007 11:47 (UTC +04:00)
İlham Əliyev Bakıda 16 mərtəbəli binanın uçduğu əraziyə gəlib

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Prezident İlham Əliyev Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində 16 mərtəbəli binanın uçduğu əraziyə gəlib.

Trend in müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, prezident axtarış tədbirlərinin gedişatı ilə tanış olub.

Çərşənbə axşamı saat 17.00 radələrində "Mütəfəkkir" şirkətinin inşa etdirdiyi bina uçub. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Binanın qalıqları altından yeddi nəfərin cəsədi çıxarılıb. Axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti