Azərbaycan, Bakı / Trend / İ.Əlizadə/ Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində uçmuş 16 mərtəbəli binanın dağıntıları altında qalanların axtarışı üzrə Operativ Qərargaha 9 nəfərin qohumları müraciət edib.
Onların aldları aşağıdakı kimidir:
Məmmədov Surəddin Nurəddin oğlu
Huseynov Rafiq Nemət oğlu
Əsgərov Valeh Telman oğlu
Amanov Qadir Qərib oğlu
Hüseynov Xalild Ağası oğlu
Cəfərov Akif Cəfər oğlu
Sadığov İlham Sultan oğlu
Aslanov Cəmil Tamil oğlu
Ələkbərov Vüsal Sabir oğlu
Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən, binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 12-ə çatıb.
Fövqəladə Hallar Nazirliyi ilə Bakı şəhər icra hakimiyyəti "Mütəfəkkir" şirkəti tərəfindən inşa edilən üç binada yoxlamalara başlayıblar. Çərşənbə axşamı Bakıda uçan 16 mərtəbəli bina sözügedən şirkət tərəfindən inşa olunmuşdur. Bu barədə cümə axşamı Yasamal rayonu icra hakimiyyəti rəhbərinin müavini Səməd İslamov məlumat verib.
İcra hakimiyyəti nümayəndəsinin sözlərinə görə, yoxlanılacaq binalar "Mütəfəkkir" şirkəti tərəfindən Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində, uçan binanın yaxınlığında yerləşir. İslamov dəqiq ünvanları açıqlamaqdan imtina edib.
Eyni zamanda, yaxınlıqda "Afina" MTK şirkəti tərəfindən inşa etdirilən binaların yoxlanılması həyata keçirilir.