...

Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı Marneuliyə səfər edəcək

Siyasət Materials 4 Sentyabr 2007 15:09 (UTC +04:00)
Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı Marneuliyə səfər edəcək

Gürcüstan, Tbilisi/ Trend , müxbir N. Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli regionuna baş çəkəcək və Marneulidə olacaq. Prezident administrasiyasından verilən məlumata görə, Marneuliyə səfər zamanı prezident üç gün əvvəl açılmış konserv zavoduna baş çəkəcək.

Bu, "100 emaledici müəssisə" proqramı çərçivəsində təsis edilmiş emaledici müssisədir. Proqram aqrar sektora investisiyaların cəlb edilməsini nəzərdə tutur. Yeni müəssisədə meyvələrin emalı da həyata keçiriləcək. Zavodun açılması Marneulidə 10 minlərlə ailəyə imkan verəcək ki, öz məhsullarını emala təhvil versin. 80-85 nəfər işlə təmin olunacaq.

Prezident bu gün regionun əhalisi ilə görüşəcək və bir neçə obyektin açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti