...

Türk pop ulduzu Mahsun Qırmızıgül Bakıda çıxış edəcək

Cəmiyyət Materials 15 Sentyabr 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Tanınmış müğənni Mahsun Qırmızıgül yenidən azərbaycanlı fanatlarını sevindirəcək. Müğənni sentyabrın 30-da Bakıda Yaşıl Teatrda "Aşka sürgün" proqramı ilə çıxış edəcək. Bundan əlavə, müğənni Bakıya tək deyil, həmkarı Beren Saat ilə gələcək. Konsertin təşkilatçısı Emin Nahidoğlunun "TrendLife"a verdiyi məlumata görə, saat 20:00-da başlayan konsertin aparıcısı Beren Saat olacaq.

Xəbər lenti

Xəbər lenti