...

Pekinə göndəriləcək Azərbaycan yığması nümayəndə heyətinin tərkibi lisenziyaların sayından asılı olacaq

Cəmiyyət Materials 29 Sentyabr 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Pekin Olimpiadasında Azərbaycan yığması nümayəndə heyətinin say tərkibi idmançıların qazanacağı lisenziyaların sayından asılıdır.

Bu barədə Trend ə məlumat verən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, məhz bu fakt Oyunlara göndəriləcək ümumi nümayəndə heyəti və rəsmi şəxslərin tərkibi ilə sıx bağlıdır.

"Hazırda artıq 20 Azərbaycan idmançısı 2008 - Oyunlarında çıxış etmək hüququ qazanıb. Bunların sırasına güləşçilər Fərid Mansurov ( 66 kq), Çamsulvara Çamsulvarayev ( 74 kq), Mariya Stadnik ( 48 kq), Yuliya Radkeviç ( 55 kq), Olesya Zamula ( 63 kq), sprinterçilər Ruslan Abbasov və Ramil Qasımov, cüdoçu Elnur Məmmədli, gimnastlar Dinara Gimatova və Aliyə Qarayeva, qrup tapşırıqları üzər komanda, həmçinin, 4 lisenziya əldə edən ağır atletika üzrə yığma komanda daxildir" - Hüseynzadə deyib.

Xəbər lenti

Xəbər lenti