...

Prodüser Anar Mədətov: "Əsl prodüser istənilən müştəri ilə işləməyi bacarmalıdır"

Cəmiyyət Materials 4 Oktyabr 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /müx. "TrendLife" Vüqar Vüqarlı/ Prodüserlər özlərinə aid olan vəzifələri yerinə yetirmirlər. Bu haqda çox yazılıb, çox deyilib. Lakin şou-biznesdə Anar Mədətov nadir prodüserlərdəndir ki, özünün prodüser mərkəzi var. "TrendLife"ın müxbiri Anara belə bir sualla müraciət etdi: "Əsl prodüserdə hansı keyfiyyətlər olmalıdır?" Anar isə öz növbəsində bu suala çox sadə cavab verdi: "Ən əsası prodüser öz sənətini sevməlidir, müştərilərlə işləməyi bacarmalıdır. İndi bizdə çoxları sinələrinə döyüb, özlərini prodüser adlandırır. Göstərməyə isə onların heç nəyi yoxdur. Sadəcə onlar ifaçı işinin bəhrəsini görürlər".

Xəbər lenti

Xəbər lenti