...

Azərbaycan boksçuları dünya çempionatında beş lisenziya uğrunda mübarizə aparacaqlar

Cəmiyyət Materials 23 Oktyabr 2007 04:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Boks üzrə Azərbaycan yığması 23 oktyabrda Çikaqoda start götürən dünya çempionatında Pekinə beş lisenziya uğrunda mübarizə aparmaq niyyətindədir.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə bildirdiyinə görə, komanda məqsədə çatmaq və ABŞ-da layiqli çıxış etmək gücündədir.

"Son iki mundiallarda idmançılarımız altı medal qazanıb, daha üçü isə ilk səkkizliyə daxil olub. Və nəzəra alsaq ki, çempionatın yekunlarına görə ən yaxşı səkkizlik Olimpiadaya vəsiqə qazanacaq, demək boksçularımızın konkret vəzifəsi var - onların sırasında olmaq" - deyə Əbiyev qeyd etdi.

Əsas favoritlərdən olan - kubalıların turnirdə iştirak etməməsi azərbaycan boksçularının şansları nəinki lisenziya qazanmağa, həttə medallar uğrunda mübarizəyə xeyli artır.

Xəbər lenti

Xəbər lenti