...

Azərbaycan voleybolçuları Eyndhovendəki turnirə Ukraynaya qarşı keçiriləcək görüşlə start verəcək

Cəmiyyət Materials 3 Noyabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandası noyabrın 7-də Ukraynaya qarşı baş tutacaq görüş ilə Eyndhovendəki kvalifikasiya öncəsi turnirdə çıxışına start verəcək.

Trend in verdiyi məlumata görə, cədvəl üzrə yarışın birinci günü Faiq Qarayevin yetirmələri istirahət edəcək, yəni komanda yarışda çıxışına rəqiblərindən fərqli olaraq bir gün gec start verəcək. Kollektiv birinci oyununu Ukrayna yığmasına qarşı keçirəcək, noyabrın 8-də isə Macarıstan millisinə qarşı oyuna çıxacaq. Komandanın üçüncü görüşü noyabrın 10-da Çexiya kollektivi ilə baş tutacaq. Sonuncu oyun isə turnirin favoriti hesab edilən hollandlara qarşı keçiriləcək.

Turnirin qalibi gələn il Almaniyada baş tutacaq lisenziya turnirində iştirak etmək hüququ əldə edəcək.

Xəbər lenti

Xəbər lenti