...

"AzerReyl" voleybolçuları Moskvada təlim-məşq toplanışı keçirəcək

Cəmiyyət Materials 14 Noyabr 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzerReyl" voleybol klubu Çempionlar liqası öncəsi Moskvada təlim-məşq toplanışı keçirəcək.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, Avropa kubokunun birinci mərhələsində Odintsova "Zareç"inə qarşı keçiriləcək səfər qarşılaşmasına yaxın dəmiryolçular müəyən müddətə Rusiya paytaxtında qalmağı planlaşdırırlar. "Komanda Moskvada tez-tez toplanışlar keçirir və Çempionlar Liqasının başlanmasına bir gün qalmışadək bu təcrübəni həyata keçirəcək. Bundan əlavə, ehtiyatda olan bir neçə voleybolçunın heyətə cəlb olunması səbəbindən, məşqçi qərərgahının digər klublarla oyun əlaqələri qurması lazım gələcək" - deyə Gözəlbəyli qeyd edib.

Qrup üzrə "AzerReyl"in rəqibləri Polşa "Kalitsiya"sı və "Fənərbaxça"dır.

Xəbər lenti

Xəbər lenti