...

Azərbaycan gimnastı Aliyə Qarayeva Qran-pri turnirinin finalında iki bürünc medal qazandı

Cəmiyyət Materials 19 Noyabr 2007 03:20 (UTC +04:00)

Azərbaydcan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan gimnastı Aliyə Qarayeva İnsbruk şəhərində yenicə başa çatmış Qran-pri turnirinin finalında iki bürünc medal qazanmışdır.

Çcxnövçülükdə üçüncü yeri tutan kimi, iplə yarışlarda Avropa çempionumuz proqramın ayrı-ayrı novlərində də uğurla çıxış etdi. Ən yüksək nəticəyə isə o, kürzlərlə hərəkətlərində nail oldu: hakimlər Qarayevanın kompozisiyasını 18.050 xalla qiymətləndərdilər. Bu, Aliyəyə imkan verdi ki, irəliyə yalnız ruslar Olqa Kapranova ilə Vera Seçinanı buraxmaqla üçüncü yerə sahib olsun.

Qeyd etmək lazımdır ki, 2004-cü il Olimpiadasının çempionu rus Alina Kabayeva, 2007-ci ilin mütləq dünya çempionu ukraynalı Anna Bessonova, onun güclü həmvətəni Natalya Qodunko, həmçinin bolqarıstanlı Simona Peyçevanın hərəsi müxtəlif səbəblərə görə Avstriyaya gimnastika yarışına gedə bilməmişdilər.

Xəbər lenti

Xəbər lenti