...

Nəsib Nurun çörəyini əlindən kim alır?

Cəmiyyət Materials 6 Dekabr 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

TrendLife-dan informasiya dəstəyi alan "Space" telekanalının "8-104" verlişində bu həftənin sonuncu qonağı müğənni Rəşad İlyasov oldu. Qeyd edək ki, o, həm də son vaxtlar teleaparıcılıq edir.

Veriliş başlayanda aparıcı Nəsib Nur qonağı salamlamaq əvəzinə, onu "sən aparıcıların çörəyini əlindən alırsan"-deyə zaravatla qarşıladı. Bu zarafat İlyasovu aparıcılığa başlamasının tarixçəsini danışmağa məcbur etdi: "Əslində, mən 1995-ci ildən aparıcılıq edirəm. Amma o vaxt şou proqramlar indiki kimi çox deyildi". Müğənninin "8-104"ün tamaşaçılarına ərməğan etdiyi həzin mahnıya gəldikdə isə, yəqin ki, onu hər kəs məmnuniyyətlə dinlədi.

Pərəstişkarlarına yaradıcılığındakı yeniliklər barədə məlumat verən Rəşad bunları söylədi: "İki yeni mahnıma klip çəkdirəcəyəm. Yeni mahnılar üzərində işləyirəm. Bu yaxınlarda daha bir albomum işıq üzü görəcək".

Qeyd edək ki, bu gün verilişə göndərilən SMS-lərdə daha çox müğənni Natəvan Həbibinin "8-104" ə qonaq çağırılması təklif olunurdu. Yəqin ki, bazar ertəsi verilişin qonağı Natəvan olacaq.

Xəbər lenti

Xəbər lenti