...

Müğənni Xumar Qədimova turneyə çıxacaq

Cəmiyyət Materials 13 Dekabr 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Günel Əhmədova/

Türkiyədəki konsertinin ona uğur gətirdiyini söyləyən müğənni gələn il yenidən qonşu ölkədə çıxış etməyi düşünür. Amma növbəti il Xumar Qədimovanın yaddaşında tək Türkiyədəki konserti ilə yox, turnesi ilə qalacaq. Müğənninin TrendLife-a bildirdiyinə görə, gələn ilin ilk aylarından başlayaraq müxtəlif ölkələrdə onun konsert proqramları təşkil olunacaq. O bildirdi ki, hazırda konsertin proqramı və keçiriləcəyi ölkələrin adları dəqiqləşdirilir. Müğənni bu ənənəsini 2009-cu ildə də davam etdirəcəyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti