...

İnsan haqları üzrə İşçi Qrupun iclası keçirilib

Cəmiyyət Materials 24 Dekabr 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bu gün hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət insan haqları üzrə İşçi Qrupun iclası keçirilib.

İclasda həbsdə olan jurnalistlərin və ondan artıq xəstə məhkumun əfvi ilə bağlı müzakirələr aparılıb.Bu barədə bazar ertəsi Trend ə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu məlumat verib.

Cəfəroğlu bildirib ki, həbsdə olan jurnalistlərin bir neçəsi əfv üçün ərizə yazmayıb. Hüquq müdafiəçisi bildirib ki, işçi qrupu adından ölkə başçısına jurnalistlərin əfv olunması xahişi ilə müraciət olunacaq.

Cəfəroğlu bildirib ki, əfvi xahis olunan xəstə məhkumlar sırasında Rasim Əkbərov, Natiq Əfəndiyev, Müşfiq Mədətov və digərlərinin adları var.

İclasda sabiq səhiyyə naziri Əli İnsanovun Müalicə Müəssisəsinə köçürülməsi və cərrahiyyə əməliyyatı olunması məsələsi də qaldırılıb. İşçi qrupunun hakimiyyəti təmsil edən üzvləri İnsanovla bağlı məsələnin müsbət həll olunacağını vəd ediblər.

İnsanov vəzifə cinayətlərində ittiham olunaraq, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. O, onurğasındakı "yırtıq"dan əziyyət çəkir.

Cəfəroğlu İnsanovun ölkə başçısı tərəfindən əfv olunacağını da istisna etməyib.

"Prezident humanistlik göstərərək, İnsanovun yaşını nəzərə alıb, onu əfv də edə bilər",- deyə Cəfəroğlu vurğulayıb.

İşçi Qrupunun növbəti iclasının yanvarda keçirilməsi nəzərdə tutulub.

Dekabrin 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv fərmanının imzalanacağı da istisna edilmir. Xatirladaq ki, 1995-ci ildən indiyədək prezident tərəfindən 42 əfv fərmanı imzalanıb. Əfv fərmanları 4584 məhkuma şamil olunub,

Xəbər lenti

Xəbər lenti