...

Azərbaycan gəncləri təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə razılaşmırlar

Cəmiyyət Materials 27 Dekabr 2007 16:39 (UTC +04:00)
Azərbaycan gəncləri təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə razılaşmırlar

Azərbaycan, Bakı / Trend , müxbir C.Babayeva/ 12 illik müzakirələrin nəticəsi olan və Azərbaycan Parlamentinin sabahkı iclasında müzakirəsi çıxarılacaq "Təhsil haqqında" yeni qanun layihəsinə, cəmiyyətdə fikir ayrılığına səbəb olub. Məsələyə azərbaycanlı gənclər də münasibət bildirib.

"Təhsil haqqında" yeni qanun layihəsinin 11.1.8-ci maddəsində qeyd olunub ki, Azərbaycanın bütün təhsil müəssisələrində müəllim, şagird, tələbə və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmək qadağandır.

Azərbaycan Gənclər Platformasının baş koordinatoru Nurəddin Babayev:

Təhsil müəssisələrində hicaba qadağa qoyulması inanclı xanımların dini etiqad azadlığının məhdudulaşdırılmasıdır. Bu qadağanın rəsmiləşdirilməsi Azərbaycanda minlərlə xanımın təhsil hüququnun ləğv olunması deməkdir.

"İrəli" Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı:

Azərbaycan "Təhsil haqqında" Qanunun qəbul olunmasında dünya təcrübəsinə əsaslanmalıdır. Bu məsələlər insanların vətəndaş azadlıqları və demokratik hüquqları ilə tənzimlənir. Azərbaycanda da bu azadlıqların təmin olunması müsbət hal olar. Bizdə hər zaman müxtəlif dini etiqadlara inanan insanlara hörmət olub. Ona görə, hicabla bağı da təşvişə düşməyə ehtiyac yoxdur.

"Dalğa" Gənclər Hərəkatının sədri Vəfa Cəfərova:

Hər insanın seçim hüququ var. Əgər insan şüurlu şəkildə hicab və ya digər baş örtüyü taxmaq hüququnu seçirsə, bu onun öz hüququ və haqqıdır. Məncə, buna qarşı heç bir qadağa olmamalıdır.

Xəbər lenti

Xəbər lenti