...

Bakı -2016 ərizə kitabı yanvarın 14-dək BOK-a göndəriləcək

Cəmiyyət Materials 27 Dekabr 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Bakı-2016 ərizə kitabı yanvarın 14-dək Beynəlxalq Olimpiya Komitəsinə göndərilməlidir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynovun Trend ə verdiyi məluamta görə, Olimpiadanın keçirilməsinə şəhər-namizədi təmsil edəcək təqdimat sənədi üzrəində işlər sona çatdırılmaq üzrədir. "Kitab, demək olar ki, hazırdır və bəzi təfsilatlar üzrəində iş aparılır. Göstərilən tarixədək sənəd BOK-un stolu üzərində olacaq. Bundan sonra xüsusi Qiymətləndirmə Komissiyası Bakıya səfər edəcək. Beləliklə, biz Olimpiada-2016-ya hazırlığın ilk mərhələsini başa çatdırmışıq" - Hüseynzadə bildirib. Oyunların keçirilməsinə daha altı şəhər namizədliyini irəli sürüb. Bu şəhərlərin sırasına Rio-de-Janeyro, Tokio, Madrid, Çikaqo, Praqa və Doha daxildir.

Xəbər lenti

Xəbər lenti