...

Mən jurnalist xanımla da evlənə bilərəm-müğənni Coşğun Viləş

Cəmiyyət Materials 8 Yanvar 2008 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /müx. TrendLife Amal Rübai/

Bu yaxınlarda belə bir söhbət gedirdi ki, guya Coşğun Viləş Səidə Sultanla evlənmək istəyirmiş. Lakin bu sevda baş tutmayıb. Çünki Coşğunu Səidənin əlindən müğənni Xuraman Şuşalı alıb.

-Coşğun, evlənməyi düşünmürsən?

-Hələ yox. Açığı, bu haqda heç danışmaq belə istəmirəm. Evdəkilər də mənim evlənməyimi istəyir. Universitetdə oxuduğum vaxtlarda bir qızı sevirdim. Sevgimiz qarşılıqlı idi. Lakin bir-birimizi başa düşmədik, ayrıldıq. İndi onun haqqında heç nə bilmirəm. Bəlkə də artıq ailə qurub. Hazırda isə, heç kimi nə sevmirəm, nə də görüşmürəm.

-Bəs Səidə Sultan və Xuraman Şuşalı məsələsi nə idi?

-Şou-biznesdə elə xanım müğənnilər var ki, biz onlarla dost münasibətindəyik. Görüşəndə öpüşürük. Lakin gələcək həyat yoldaşım qısqanc olmamalıdır. Mənə inanmalı və başa düşməlidir. Bir sirr də açım ki, şəhərdə qızlar məni görəndə az qalırlar gəlib mənimlə tanış olsunlar. Mənim qadın fafnatlarım daha çoxdur.

-Sən şou-biznesdən olan xanımla ailə qurardın?

-Qismətdən qaçmaq olmaz. Amma məncə, yox. Çünki onu mən qəbul etsəm də, ailəm qəbul etməz. Bu sahədə olan xanımların əksəriyyəti ya boşanmış ya da sevgililəri olur.

-Bəs jurnalist xanımla evlənə bilərdiniz?

-Niyə də yox?Sadəcə, onun hansı ailədə tərbiyə alması vacibdir. "Bütün şou-biznes xanımları vulqar, jurnalistlərsə, üzlü və sırtıq olurlar" kəlməsi ilə razı deyiləm. Sadəcə, ailə qurduğum qız mənim şərtimə əməl etməlidir. O, işləməməli, evdə oturmalıdır. Allaha çox şükür ki, mən işləyib, qazanıram. Yaxşı qız ətrafındakı insanlardan asılı olmayaraq, təmiz olaraq qalır.

Xəbər lenti

Xəbər lenti