...

Havaların şaxtalı keçməsi ilə əlaqədar Gəncədə xəstələrin sayı iki dəfə artıb

Cəmiyyət Materials 22 Yanvar 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Gəncə, 22 yanvar / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı iki dəfə artıb. Gəncə şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Namiq Nəbiyev çərşənbə axşamı Trend ə bildirib ki, müraciət edən xəstələrin əksəriyyəti yuxarı tənəffüs yollarının iltihabı, ürək-damar sisteminin kəskin ağrıları, infarkt və kəskin resperator virus infeksiyalarından şikayət edirlər. Onun sözlərinə görə, şaxtalar düşməmişdən əvvəl hər gün şəhərin müxtəlif hissələrində təxminən 50 çağırış olurdusa, hazırda bu kimi çağırışların sayı orta hesabla 100-ə çatıb.Ötən il tibb müəssisəsinə vətəndaşlar tərəfindən edilən ümumi çağırışların sayı 75 min 515 təşkil edib. Onlardan 4 min 813 nəfəri kardioloji problemlərlə bağlı müraciət edənlərdir. 2006-cı ildə qeydə alınan ümumi çağırışlar isə 69 min 780 olub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşib.

Xəbər lenti

Xəbər lenti