...

Elza Seyidcahan yenə qastrol səfərinə hazırlaşır

Cəmiyyət Materials 16 Fevral 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı,16 fevral /müx. TrendLife Şahin Cavadsoy

Ekstravaqand geyimləri, özünəməxsus səs imkanı ilə həmkarlarından fərqlənən bəstəkar-müğənni Elza Seyidcahan səfərə hazırlaşır. Yolunu yenidən Almaniyanın Köln şəhərindən salacaq sənətçi qastrol səfərinin məqsədi barədə TrendLife-a bunları söylədi: "Əgər yadınızdadırsa ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində mənim sözügedən şəhərdə yaradıcılıq gecəm keçirilib. Həmin tədbiri təşkil edən həmyerlilərimizin təklifi ilə Novruz bayramında da Kölndə konsertim təşkil olunacaq. Çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən azərbaycanlılar güclü lobbi yaratsınlar və biz sənətçilər də onlara dəstək vermək üçün dünyanın dörd bir yanında öz konsertlərimizlə çıxış edək".

Xəbər lenti

Xəbər lenti