Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Safura/
.Bütün dünyada Qafqaz xalçası adı ilə tanınan xovlu və xüsusi ilə xovsuz xalçaların doxsan faizini Azərbaycan xalçaları təşkil edir.1928- ci ildə Azərbaycanda Azərxalça Birliyi təşkil olunub. Birlik Respublikanın müxtəlif rayonlarında yerləşən xalça fabriklərinə başçılıq etdi. Həmin xalçalar Bağdadda,Monrealda,Əlcəzairdə,Qahirədə,İzmirdə,Tehranda və daha neçə- neçə ölkələrdə keçirilən beynəlxalq sərgi və yarmarkalarda dəfələrlə müvəffəqiyyətlə nümayiş etdirilmişdir. 1967- ci ildə Bakıda dünyada birinci Dövlət Xalça muzeyi açıldı.
Bu haqda xalça muzeyinin direktoru Röya Tağıyeva TrendLifa məlumat verərək,xalça muzeyinə bu gün turistlərin yerlilərdən daha çox gəldiyini bildirmişdir:
"Bu muzeyi on dördüncü, on doqquzuncu əsrlərdə toxunmuş qədim xalçalar və sovet dövründə yaradılmış bədii ornamental xalçalarla yanaşı, on dördüncü əsrə aid olan bədii metallar və qızıl və gümüşdən hazırlanan qədim bəzək əşyaları, milli geyimlər, çini, saxsı qablar bəzəyir.Xalçaçı rəssam Lətif Kərimov tərəfindən yaradılan Azərbaycan xalcası və xalq tətbiqi sənəti dövlət muzeyi elə onun adını daşıyır.Bu gün bu muzeyin fondunda saxlanılan nadir sənət əsərlərinin sayı 10 mindən artıqdır."