...

Litva ilə oyunda Azərbaycanın futbol üzrə yığmasının tərkibi müəyyənləşib

Cəmiyyət Materials 18 Mart 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , Z.Səfərov/ Nazim Süleymanovun rəhbərliyilə Azərbaycan yığmasının Litva yığmasına qarşı yoldaşlıq yarışında komandanın tərkibi müəyyənləşib. Yarış martın 26-da Vilnüs şəhərində keçiriləcək.

Rəhbər hücumda milli birinciliyin ən yaxşı snayperləri -Branimir Subaşiç və Xəqani Məmmədovun xidmətlərinə müraciət etməyi qərara alıb. Onların hər ikisi yaxşı formada olmaqla "Xəzər-Lənkəran"ın oyunçusu Zaur Ramazanov kimi, Baltikyanı nümayəndələrə narahatlıq verə bilər. Öz etibarlı oyunu ilə "Olimpik"in çempionatda liderliyini qoruyub saxlamağa kömək edən nigeriyalı müdafiəçi Usima Nduki də komandaya dəvət edilə bilər. N.Süleymanov Polşanın "Qrotslin" komandasında oynayan Saşa Yunusoğlu və "Sivasspor"lu İlqar Qurbanovu da unutmayıb.

Xəbər lenti

Xəbər lenti