...

Erməni soyqırımı haqqında əfsanəni yox etmək üçün Azərbaycan və Türkiyə diasporları birgə iş aparmalıdır

Cəmiyyət Materials 1 Aprel 2008 15:19 (UTC +04:00)
Erməni soyqırımı haqqında əfsanəni yox etmək üçün Azərbaycan və Türkiyə diasporları birgə iş aparmalıdır

İsrail, Qüds, 01 aprel / Trend , müxbir R.Abdullayev/ Türkiyənin İsraildəki səfiri Namiq Tan hesab edir ki, erməni diasporlarının yaydığı erməni soyqırımı haqqında əfsanənin qarşısını almaq üçün Azərbaycan və Türkiyə diasporları birgə iş aparmalıdır.

"Biz, erməni diasporunun dünyaya yaydığı yalanın qarşısını almaq üçün ciddi şəkildə genişmiqyaslı təbliğatla məşğul olmalıyıq" - deyə bazar ertəsi İsrailin Rişon Le Tsion şəhərində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə diplomat deyib.

"Bu məkrli siyasəti reallaşdırmaqdan ötrü hərbi, ideoloji və təşkilati xarakterli fəaliyyətlər həyata keçirilib" - deyə Tan bildirib. "Azərbaycan və Türkiyə xalqlarının çoxəsrlik tarixi kobudcasına təhrif olunub, ermənilərin tarixi isə "daha qədim" tarix kimi təqdim olunaraq süni şəkildə şişirdilib. Hətta bu məsələni İsrail Knessetində qaldırmağa nail olublar" - deyə türk diplomat bildirib.

Onun fikrincə, uydurma erməni soyqırımı məsələsinin İsrail Knessetində müzakirə olunması faktı təəssüf və inciklik hissi doğurur. Tan İsrail Azərbaycanlıları Konqresinə (İAK) İsrail deputatı Oronun yanlış qənaət və təşəbbüsünə birmənalı kəskin ittiham bildirməsinə və İsraildə Türkiyə və Azərbaycanın maraqlarına müdafiə və dəstək göstərdiyinə görə minnətdarlığını bildirib.

Türkiyəli diplomatın rəyini dəstəkləyərək, "Xerut" İsrail partiyasının lideri Mihael Klayner bəyan edib ki, "dünyada heç bir faciə Holokost ilə müqayisə oluna bilməz. Ola bilsin ki, faciə baş verib, amma heç kimə 6.000.000 insan itirmiş xalqın faciəsi ilə alver etmək hüququ verilməyib" - deyə Klayner bildirib. Klayner azərbaycanlıların yüksək etnik və dini həmrəyliyini qeyd edib. "Azərbaycanda qədimdən bəri məskunlaşmış və yaşayan yəhudilər heç vaxt təqiblərə, diskriminasiyaya məruz qalmayıb, öz milli-mədəni ənənə və adətlərini qoruyublar" - deyə Klayner yekun vurub.

İAK-ın prezidenti Aleks Şapiro Suliman bildirib ki, Azərbaycan müstəqilliyə nail olandan sonra xalqın tarixi keçmişi haqqında obyektiv şəkil yaranıb, yaxın keçmişdə məxfi faktlar aşkara çıxıb. "Azərbaycan xalqına qarşı törədilmiş soyqırım uzun illər boyunca öz siyasi, hüquqi qiymətini almayan, bizim tariximizin ən az araşdırılmış səhifələrindəndir. 1813-1828-ci illər imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin başlanğıcını qoydu" - deyə Şapiro Suliman əlavə edib. Diaspor təşkilatı rəhbərinin sözlərinə görə, soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz hissəsinə çevrilib.

Sülh uğrunda Ümumdünya Federasiyanın (UPF) nümayəndəsi Xon Ben Svi deyib ki, dünya demək olar ki, Azərbaycan soyqırımı haqqında heç nə bilmir . O, dünya cəmiyyətinin informasiyalaşdırılmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində təşkil olunmuş fotosərgi və azərbaycanlıların soyqırımı haqqında ədəbiyyat nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti