...

Biz ailə qurmaq haqqında fikirləşmirik– "Kristal"qrupu

Cəmiyyət Materials 15 May 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx.TrendLife Şahin Cavadsoy/

Şou-sakinləri arasında tez-tez subaylığın daşının atılmasına, bir növ adət etmişik. Amma elə ifaçılar da var ki, onlar şəxsi həyatlarını karyeralarına qurban verirlər. Xüsusilə xanım müğənnilər bu sırada çoxluq təşkil edir. Üç qızdan ibarət olan "Kristal" qrupunun üzvləri bu fikirdə olan xanımlardandır:

Həmidə: - Xanımların tez ailə həyatı qurmağının əleyhinəyəm. Bu sözləri üçümüzə də şamil etmək olar. Bizim ərə gedən vaxtımız deyil. Buna görə hələ sənətimiz barəsində düşünürük.

Lalə: - Ailə həyatı qurmaq bütün qızların ən ündə arzularından biridir. Hesab etmirəm ki, ərə getmək üçün yaşımız keçib. Lakin nə edək, birinci növbədə sənətimiz haqda fikirləşirik.

Aysel: - Mən də rəfiqələrimin sözlərinə şərik çıxıram. Öz adımdan söyləyirəm ki, ərə getsəm mütləq sənətdən uzaqlaşağam. Çünki, ailə qurduqdan sonra müğənni kimi səhnədə fəaliyyət göstərmək çox çətindir...

Xəbər lenti

Xəbər lenti