Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Safura/
Bəstəkar Şəfiqə Axundovanın vəziyyəti pisləşib. Bu haqda TrendLife-a bəstəkarın bacısı Rəfiqə xanım xəbər verib. Onun sözlərinə görə, bəstəkar yataqdadır, danışmır, yeməkdən imtina edib. "Bu yaxınlarda o, Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Evə çıxardıqdan sonra vəziyyəti normallaşmışdır. İndi isə vəziyyəti heç yaxşı deyil. Yemir, danışmır, suallara belə cavab vermir. Sabaha belə ümidimiz yoxdur".
Xatırladaq ki, bu il bəstəkarın 85 yaşı tamam olur. Onun ən böyük azrusu İstiqlal ordeni ilə təltif olunmaqdır.