...

Prokuror vətənə xəyanətdə ittiham olunan "AZAL"ın sabiq idarə rəisinə 15 il cəza verilməsini istəyib

Cəmiyyət Materials 4 İyun 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 İyun / Trend , müxbir T.Abbasov/ Vətənə xəyanətdə, cacusluqda ittiham olunan "AZAL" Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisinin məhkəmə istintaqı başa çatıb.

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə sabiq rəis Emil Süleymanov və digər 4 nəfərə prokuror iş istəyib.

Prokuror Emil Süleymanova 15, idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılova 3il 6 ay, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadəyə 2, idarənin mühəndis-proqramçısı Faiq Quliyevə 2 və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı, polkovnik-leytenant Rafət Əliyevə 5 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Süleymanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1-ci), dövlətə xəyanət (274-cü), vəzifə səlahiyyətlərini aşma (308-ci), Mikayılova 228.1-ci, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama (234.1-ci), əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma (302.2-ci), Əsədzadəyə qarşı 228.1, 302.2 və 308.1-ci, Əliyevə qarşı isə hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma (341.1-ci) və eyni əməllər silah tətbiq olunmaqla törədildikdə (341.2.2-ci) maddələri ilə ittiham irəli sürülüb.

Prokurorun çıxışından sonra vəkillərin bir neçəsi müdafiə çıxışı edib. Proses iyunun 6-da davam etdiriləcək.

Təqsirləndirilən şəxslər MTN-in İstintaq Təcridxanasında saxlanılırlar.

Əsədzadə ötən il iyulun sonlarında, Mikayılov avqustun 1-də, Süleymanov sentyabrın 6-da saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti