...

Futbol üzrə Azərbaycan yığması yoldaşlıq görüşündə Andorra millisinə qalib gəlib

Cəmiyyət Materials 5 İyun 2008 02:54 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığması yoldaşlıq görüşündə Andorra millisinə qalib gəlib

Azərbaycan, Bakı, 5 iyun / Trend / Andorranın paytaxtında futbol üzrə Andorra və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçirilib. Bu oyunda fortuna həmyerlilərimizin üzünə gülüb. Birinci hissədə futbolçularımız iki dəfə andorralıları meydanın mərkəzinə dəvət ediblər. Hesabı 17-ci dəqiqədə Fabio Luis Ramim açıb. 43-cü dəqiqədə isə Subaşiç fərqi ikiyə çatdırıb.

Lakin ikinci hissənin əvvəlində meydan sahibləri hesab arasındakı fərqi azalda biliblər. 53-cü dəqiqədə Toni Lima fərqlənib.

Komandaların heyəğti:

Andorra: Xose Antonio Qomes, Xose Manuel Ayala, Yordi Eskura, Oskar Soneye, Toni Lima, İldefons Lima, Marsio Vyera, Xavyer Andorra, Xuan Karlos Toskano, Manolo Himenes, Serhi Moreno.

Baş məşqçi - David Rodriqo.

Azərbaycan: Fərhad Vəliyev, Mahir Şükürov, Rəşad Sadığov, Usim Nduka (Saşa Yunisoğlu, 22), Rail Məlikov, Samir Abbasov, Zeynal Zeynalov, Fabio Luis Ramim, Mahmud Qurbanov, Branimir Subaşiç, Zaur Ramazanov.

Baş məşqçi - Berti Foqts.

Qeyd edək ki, bu, alman mütəxəssisi Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində ilk qələbəsidir. Bazar günü yığmamız səfərdə Bosniya və Herseqovinaya 0:1 hesabı ilə məğlub olub.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti