...

Azərbaycanın orta ixtisas təhsilli məktəblərinə 2008/2009-cu tədris ili üçün tələbə qəbuluna başlanılıb

Cəmiyyət Materials 12 İyun 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı,12 iyun / Trend / Azərbaycanın orta ixtisas təhsilli məktəblərinə 2008/2009-cu tədris ili üçün tələbə qəbuluna başlanılıb. 9 illik təhsil bazası üzrə abituriyentlərin sənədlərinin qəbulu iyunun 17 - 31 - də aparılacaq. Bu barədə TQDK - nin ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər. Xarici dövlətlərin vətəndaşlarının sənədləri TQDK -da yaradılmış sənəd qəbulu komissiyasında , yerli vətəndaşlar üçün təhsil aldıqları royonun sənəd qəbulu komissiyalarında aparılır.Şəxsən doldurulan ərizələrdə ixtisas kodunun ardıcıllığı müsabiqədə hüquqi əsas kimi nəzərə alınır.Loqopediya ixtisasına yiyələnmək istəyənlərsə,TQDK -da nitq qüsurunun olub -olmaması ilə bağlı komissiyadan keçəcəklər.

Məlumatda o da bildirilir ki, orta ixtisas məktəblərinə qəbulla bağlı daha ətraflı məlumat "Abituriyent" jurnalının xüsusi buraxılışında veriləcək.

Xəbər lenti

Xəbər lenti