...

Azərbaycanlı şahmatçı superturnirdə növbəti dəfə heç-heçə edib

Cəmiyyət Materials 3 İyul 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın Dortmund şəhərində keçirilən superturnirdə növbəti dəfə heç-heçə edib. Bu, gənc qrossmeysterin turnir ərzində dördüncü heç-heçəsi olub.

Almaniyanı təmsil edən Arkadi Naydiçlə qarşılaşan azərbaycanlı şahmatçı rəqibi ilə xallarını yarı bölüb. Məmmədyarov və rəqibi superturnirin dördüncü turunda heç-heçə edən yeganə cütluk olmayıb. Ümumilikdə dördüncü turda keçirilən dörd oyundan üçü heç-heçə başa çatıb.

Hazırda aktivində iki xalı olan azərbaycanlı şahmatçı rusiyalı Vladimir Kramnik və Naydiçlə birgə 4-6-cı yerləri bölüşdürür. Macarıstandan olan Peter Leko, almaniyalı Yan Qustafson və rusiyalı Yan Nepomnyaşin ilk üçlükdə qərarlaşıb.

Dortmundda keçirilən turnirin beşinci turunun görüşləri sabah keçiriləcək. Azərbaycanlı şahmatçı bu turda rusiyalı Vladimir Kramniklə qüvvəsini sınayacaq.

Xəbər lenti

Xəbər lenti