...

Azərbaycanın "Qarabağ" futbol klubu Makedoniya yığma komandasının üzvünü baxışa dəvət edib

Cəmiyyət Materials 7 İyul 2008 14:40 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Makedoniya yığma komandasının üzvü Zekeriyya Ramzeni baxışa dəvət edib. Bu barədə bazar ertəsi Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" klubu makedoniyalı oyunçunu yoxlama oyunlarında baxışdan keçirəcək. 28 yaşlı futbolçu Makedoniya yığmasının heyətində 21 oyun keçirib. Təcrübəli futbolçu müdafiəçi mövqeyində çıxış edir.

"Qarabağ" klubu bir müddət əvvəl Makedoniya yığma komandasının sabiq kapitanı olmuş Artim Şakirini də transfer edib.

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, Bolqarıstandan olan Rayço Rayev də baxışdan keçmək üçün komandaya dəvət olunub. Hücumçu mövqeyində çıxış edən futbolçunun 24 yaşı var. O, əvvəllər Portuqaliya çempionatında çıxış edib.

"Qarabağ" klubunun baş məşqçisi Türkiyədən olan Rasim Karadır.

Xəbər lenti

Xəbər lenti