...

Azərbaycanlı baş məşqçi Rusiyanın futzal klubuna getməkdə tərəddüd edir

Cəmiyyət Materials 23 İyul 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubunun baş məşqçisi Böyükağa Hacıyev Rusiyanın "Dina" komandasına getməkdə tərəddüd edir. Bu barədə çərşənbə günü Trend -a Hacıyev deyib.

Azərbaycanın futzal üzrə çempionatının və ölkə kubokunun sonuncu qalibi olan "Araz" bu ilin sentyabr ayında Çempionlar Liqasında iştirak edəcək. "Araz" klubunun yer aldığı qrupun oyunları Bakıda keçiriləcək.

Baş məşqçi deyib ki, futzalda təcrübəsi kifayət qədər çox olmasa da, "Dina" klubunun düşərgəsinə gedərək, təcrübə toplamağı məqsədəuyğun saymır. "Düzdür, əvvəllər futbolda fəaliyyət göstərmişəm və futzalda müəyyən çətinliklərim ola bilər. Amma hələ ki, "Dina" klubunda təcrübə toplamağa ehtiyac görmürəm", - deyə o əlavə edib.

Hacıyev əvvəllər "Bakı" futbol komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. O, bu klubla Azərbaycan çempionluğunu qazanıb.

Hacıyev "Araz"ın baş məşqçisi vəsifəsinə iki ay əvvəl təyin olunub. O, baş məşqçi təyin olunandan bir neçə gün sonra təcrübə toplamaq məqsədi ilə "Dina"nın düşərgəsinə gedəcəyini mətbuata özü bildirmişdi.

Xəbər lenti

Xəbər lenti