...

Azərbaycanı Olimpiadada təmsil edəcək gimnastların təlim-məşq toplanışı səmərəli olub – Federasiyanın Baş katibi (video)

Cəmiyyət Materials 15 Avqust 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycan gimnastları Olimpiadada ilk dəfə olaraq həm qrup, həm də fərdi qaydada çıxış edəcəklər. "Qrup hərəkətləri üzrə gimnastlarımız 12 komanda arasında mübarizə aparacaqlar. İlk səkkizliyə düşməyi bacaran komandalar finalda iştirak etmək imkanı qazanacaqlar" - cümə günü Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş katibi Fərid Qayıbov deyib.

Qrup hərəkətləri üzrə Azərbaycanın gimnastika üzrə yığma komandası Olimpiadanın keçirildiyi Çinin Pekin şəhərinə avqustun 16 -da yola düşəcəklər.

Federasiya rəsmisi bildirib ki, gimnastların bir müddət əvvəl Masallıda keçirdiyi təlim -məşq toplanışı çox səmərəli olub. "Gimnastlarımız Masallıdakı idman kompleksində nümunəvi çıxışlar etdilər. Komandamızın çıxışını 300 tamaşaçı izlədi. Hesab edirəm ki, Masallıdakı çıxışımız yerli əhali üçün də çox faydalı oldu", - deyə Qayıbov əlavə edib.

Azərbaycanı Pekin Olimpiadasında gimnastikada qrup komandası ilə yanaşı, Dinarə Gimatova və Aliyə Qarayeva da təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti