...

Azərbaycanlı şahmatçı mükafat fondu 200 min dollar olan turnirdə heç-heçə edib

Cəmiyyət Materials 20 Avqust 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Moskva şəhərində keçirilən, Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirində heç-heçə edib. Bu, Məmmədyarovun qələbə qazana bilmədiyi ikinci görüş olub.

Rusiyalı Aleksandr Morozeviçlə qarşılaşan azərbaycanlı şahmatçı sonda xallarını rəqibi ilə yarı bölməyə üstünlük verib.

Turnirdə Peter Leko, Ruslan Ponomaryov və Vladimir Kramnik kimi tanınmış qrossmeysterlər mübarizə aparırlar.

Hesabında bir xal olan Məmmədyarov iki turdan sonra rəqibləri ilə 4-7-ci yerləri bölüşür. Azərbaycanlı şahmatçı üçüncü turda ukraynalı qrossmeyster Ruslan Ponomaryovla görüşəcək.

Talın xatirəsinə həsr olunmuş şahmat turnirinin mükafat fondu 200 min ABŞ dollarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti