...

Azərbaycan jurnalistikasında həmrəylik çox zəifdir – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 8 Sentyabr 2008 14:31 (UTC +04:00)
Azərbaycan jurnalistikasında həmrəylik çox zəifdir – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir İ.Əlizadə, C.Babayeva/ Mətbuat Şurası Azərbaycan jurnalistikasında həmrəyliyin əvvəlki illərə nisbətən çox zəif olduğunu bildirib.

"Bu gün jurnalistikada həmrəylikdən söhbət açmaq kifayət qədər reallığı tam əks etdirə bilməz. Mətbuat Şurası bütün problemlərin kökündə birmənalı qaydada yazılı mətbuatın pis vəziyyətdə olduğunu görür", bazar ertəsi Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. Bu, beynəlxalq jurnalist təşkilatının 1958-ci ildə keçirilən IV konqresində qəbul edilən qərarla təqvimə salınıb. Bununla da 8 sentyabr alman faşistləri tərfindən öldürülən çex jurnalisti Yulis Foçerkin şərəfinə "jurnalistlərin beynəlxalq həmrəyliyi günü" kimi qeyd olunmağa başlayıb.

Amaşovun fikrincə, hətta jurnalistlərin həmrəyliyi belə mətbuatın iqtisadi vəziyyəti ilə çox bağlıdır. "Nə qədər ki, biz müstəqil mətbuatı yarada, mətbuatın iqtisadi dayaqlarını qura bilməmişik, jurnaistlərin həmrəyliyindən danışmaq mümkün deyil. Çünki jurnalist həmrəy olmağa nə qədər çalışsa da, onun çalışdığı kollektivin maliyyəsi başqa-başqa yerlərdən gəldiyinə görə, bütün bu hallar onların həmrəy olmasına istər-istəməz mane olur", - deyə o bildirib.

Onun fikrincə, bu gün Azərbaycan mətbuatı siyasi proseslərə təsir edə bilir. "Mətbuatın siyasi proseslərə təsir imkanı ayrı-ayrı mətbuat vasitələrinin siyasi proseslərə nə qədər yaxın və uzaq olmasından asılıdır", - deyə Amaşov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti