...

Əclən Qırğızıstandan olan uyğur rəssamın Lüksemburqda fərdi sərgisi açılacaq

Cəmiyyət Materials 14 Sentyabr 2008 23:10 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 14   sentyabr / Trend müxbir R.Məşədihəsənli/ Oktyabrın 5-də Qırğızıstanda yaşayıb fəaliyyət göstərən uyğur əsilli Talğat Mirrahimovun Lüksemburq şəhərində fərdi sərgisi keçiriləcək.

Trend müxbiri ilə müsahibəsində istedadlı rəssam bildirib ki, sərgidə onun 20-dən çox rəsm əsəri nümayiş ediləcək.

Qırğızıstanı təmsil edəcək rəssam təşkil olunacaq sərgisində əsasən Şərqi Türküstan motivlərindən ibarət əsərlərini tamaşaçılara təqdim etmək niyyətindədir. Sərgi їŞərqi Türküstandan Avropaya səyahətї adlanır və üç həftə davam edəcək.

Xəbər lenti

Xəbər lenti