...

Azərbaycanlı gimnast Lüblində keçirilən beynəlxalq turnirin qalibi olub

Cəmiyyət Materials 2 Oktyabr 2008 16:16 (UTC +04:00)

Azərbaycanlı gimnast Anna Qurbanova Lüblində keçirilən Slovenian Challenge beynəlxalq turnirinin qalibi olub.

O, ən yaxın izləyicisi - Yaponiyadan olan gimnastdan altı baldan çox üstünlüklə, şəxsi çoxnövçülükdə birinci olub və qızıl medala layiq görülüb. Həmçinin, iplə, halqa ilə, gürz və lentlə hərəkətlərdə də idmançımız üstün olub və yüksək əyarlı daha 4 medal qazanıb.

Bu yarışın keçirilməsinə himayəçilik edən klubun rəsmi saytında Qurbanovanın çıxışına belə resenziya verilir: "Azərbaycandan olan və komanda hesabında ötənilki Avropa və dünya çempionatlarının bürünc mükafatçısı adı ilə öz gimnast statusunu təsdiqləyib. Onun bütün beş qızıl medalı heç bir kəsdə şübhə doğurmamalıdır. Çoxnövçülükdə altı ballıq ara dərəcə göstəricisi, lentlə sonuncu çıxış isə, parlaq istedad və Xəzər sahillərindən olan gimnastın irəliləyişinin göstəricisidir. Komandasında belə gimnastı olan Azərbaycan 2009 - cu ilin iri yarışlarında - mayda Bakıda keçiriləcək Avropa çempionatında və sentyabrda Yaponiyada keçiriləcək dünya birinciliyində uğrulu çıxışa ümid edə bilər".

Yaxın perspektivdə isə, Anna Qurbanova oktyabrın 11-12- də Berlində keçiriləcək Qran-pri seriyasının finaldanəvvəl mərhələsində iştirak edəcək.

Bu həftənin sonunda isə, cari ildə əhəmiyyətinə görə Olimpiya Oyunları və Avropa çempionatında sonra üçüncü gimnastika turniri - Dünya Kubokunun finalı keçiriləcək. Sayca yeddinci olan yarış İspaniyanın Valensiya şəhərinin Benidorm şəhərciyində baş tutacaq. Azərbaycanlı gimnast, Pekin Olimpiadasının iştirakçısı Aliyə Qarayeva da fəxri mükafat uğrunda mübarizə aparacaq səkkiz gimanstın sırasına daxil olub. Oktyabrın dördündə onun ilk predmeti iplə hərəkətlər olacaq. Qarayaeva xalça üzərinə dördüncü sıra nömrəsi ilə çıxacaq.

Xəbər lenti

Xəbər lenti