...

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının qaydalarına dəyişiklik edilməyəcək – Dövlət Komissiyası

Cəmiyyət Materials 10 Oktyabr 2008 13:36 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının qaydalarına dəyişiklik edilməyəcək – Dövlət Komissiyası

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir C.Babayeva/ Yeni tədris ilində Azərbaycanda ali məktəblərə qəbul imtahanları qaydalarına dəyişiklik edilməyəcək.

"Gələcəkdə ötən illərin qəbul imtahanlarının modelindən və məzmunundan istifadə olunacaq", - deyə cümə günü keçirilən mətbuat konfransında Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Abbaszadənin sözlərinə görə, qəbul imtahanları qaydalarına sadə dəyişikliklər ediləcək. "İnternet vasitəsilə abituriyentlərin ərizə qəbulu qaydaları, sınaq imtahanlarının keçirilmə mexanizmi sadələşdiriləcək. Sınaq imtahanlarında iştirak etmək üçün ərizə qəbulu İnternet vasitəsilə həyata keçiriləcək. Qəbul imtahanlarının test suallarına metodik dəyişikliklər ediləcək", - deyə TQDK sədri bildirib.

Bu il TQDK abituriyentlərin ərizə qəbulu qaydalarına dəyişiklik edib. Qəbul İnternet vasitəsilə aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti