...

Azərbaycanın pankration idman növü üzrə komandası dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın pankration idman növü üzrə yığma komandası İranda keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Azərbaycan millisi dünya çempionatında yeddi idmançı ilə təmsil olunacaq. İdmançılarla yanaşı, Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərov və yığma komandanın baş məşqçisi Fikrət Bağırov da İrana gedəcək.

Pankration üzrə dünya çempionatı oktyabrın 18-də başlayacaq və beş gün davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti