...

Futbol üzrə Azərbaycan yığması Albaniya ilə yoldaşlıq görüşü keçirə bilər

Cəmiyyət Materials 24 Oktyabr 2008 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası noyabrın 19 - da Albaniya ilə yoldaşlıq oyunu keçirə bilər. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

AFFA ilə Albaniya Futbol Federasiyası arasındakı danışıqlara əsasən, oyunun noyabrın 19 - da Bakıda keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Trend - un arayışı: Azərbaycan yığma komandası noyabrın 19 - da Bakıda Latviya millisi ilə görüşməli idi, amma Latviya Futbol Federasiyası sonradan nəqliyyat problemi ilə bağlı Bakıya gələ bilməyəcəyini bildirdiyindən, oyunun keçirilməyəcəyi məlum olub.

Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti