...

Bakı göz yaşları içində… Azərbaycanlılar Müslüm Maqomayev ilə vidalaşırlar

Cəmiyyət Materials 29 Oktyabr 2008 13:13 (UTC +04:00)
Bakı göz yaşları içində… Azərbaycanlılar Müslüm Maqomayev ilə vidalaşırlar

Azərbaycan, Bakı, 29 oktyabr / Trend Life , müxbir Eldar Hüseynzadə /

Bu gün tanınmış müğənni Müslüm Maqomayev ilə Bakıda - onun doğma torpağında vida mərasimidir. Dünən gecə əfsanəvi sənətçinin cənazəsi xüsusi reys ilə Moskvadan Bakıya gətirilib. Minlərlə azərbaycanlı SSRİ xalq artisti, bir neçə nəslin sevimlisi, dahi Maqomayevin xatirəsini yad etmək üçün səhər saatlarından Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısında növbəyə dayanıb. Babası - peşəkar müsiqinin ustadı Müslüm Maqomayevin adını daşıyan filarmoniyada, saat 11.00-dan 15-00-dək vida mərasimidir.

İlk olaraq vida mərasiminə gələnlərdən biri Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Yakovleviç Şarovski:

"Müslüm Maqomayev mənim dostum idi və əsl insan kimi daima mənim qəlbimdə qalacaq. Deyirlər, əvəzolunmaz insan yoxdur... Bu ifadə ona aid deyil. O, həmişə əvəzedilməz olacaq",- deyə Trend Life-a aktyor və rejisor bildirib.

Azərbaycanda Maqomayevi xalqın böyük oğulu və milli qəhrəmanı hesab edirlər və onun ölümü bir çoxları üçün ağır itkidir. Mərhum saat 16.00-da müsəlman adəti üzrə Fəxri Xiyabanda dəfn olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .

Xəbər lenti

Xəbər lenti