Azərbaycan, Bakı, 18 noyabr/ Trend News, müxbir R.Ergün/ Azərbaycanın Yunan-Roma güləşi üzrə yığma komandasının keçmiş baş məşqçisi Elçin Cəfərov Yunan-Roma güləşi üzrə federasiyanın vitse-prezidenti təyin olunub. Bu barədə Güləş Federasiyasının bu gün keçirilən 5-ci konfransında federasiyanın prezidenti Fazil Məmmədov məlumat verib.
Yunan-Roma güləşi üzrə yığma komadanın yeni baş məşqçisi kimi Bəhram Mürvətov təsdiqlənib.
Regionlarla iş üzrə vitse-prezident Cavanşir Qurbanov, sərbəst güləş üzrə vitse-prezident Maqomed Umarov, beynəlxalq məsələlər üzrə vitse-prezident Aydın Abbasov təyin olunub.
Federasiyanın prezidenti bildirib ki, Güləş Federasiyasının regionlarda 8 nümayəndəliyi yaradılacaq.
"AGİN, Təhsil Nazirlyi və Güləş Federasiyası birlikdə komissiya yarada bilər. Bu komissiya məktəblərdə güləşin vəziyyətini araşdıracaq", - deyə federasiya prezidenti əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]