Azərbaycan, Bakı, 19 noyabr / Trend , C.Babayeva/ Azərbaycanın təhsil naziri Misir Mərdanov uşaq evlərində tərbiyə alanların sosial müdafiəsi sisteminin yaradılmasını zəruri hesab edir.
"Azərbaycanda uşaq evlərində tərbiyə alanların mükəmməl müdafiə sistemi yoxdur. Ölkə qanunvericiliyinə dəyişikliklər etmək zəruridir, çünki uşaqların ailələrə qaytarılması proqramının realizəsində ciddi problemlər ortaya çıxır", - Mərdanov çərşənbə günü jurnalistlərə bildirib.
Azərbaycanın dövlət uşaq evlərində 14 389 şagird təhsil alır, onlardan 4045-i evlərdə yaşayır, 2900-ü oğlan, 1155-i qızdır. 2434 uşağın hər iki valideyni, 1142 nəfərin yalnız bir valideyni var, 399-u atılmış və ya valideyn himayəsindən məhrum olmuş, 80-i hər iki valideynini itirmiş uşaqlardır.
2006-cı ildə prezident alternativ qayğı və uşaq evlərindən olan uşaqların ailələrə qaytarılması ilə bağlı Dövlət Proqramını (de-institutsionalaşdırma) qəbul edib.
Müəlliflə əlaqə ünvanı: [email protected]