Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə Azərbaycan yığma komandasının lideri Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Türk Telekom" klubu yeni baş məşqçi ilə müqavilə bağalayıb.
Trend - un Türkiyə mətbuatına istinadən verdyi xəbərə görə, çinli mütəxəssis Lanq Pinq "Türk Telekom" komandasının baş məşqçisi təyin olunub.
Noyabrın 19 - da Hüseyn Doğanyüz baş məşqçi postundan istefa verib, onun istefasından sonra komanda baş məşqçisiz qalmışdı.
Pinq Türkiyəyə gələnədək ABŞ milli komandasının baş məşqçisi olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]