Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası 2009- cu ilin əvvəlində təlim -məşq toplanışı keçirəcək. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təlim - məşq toplanışı 2009-cu il yanvarın 27- dən fevralın 12- dək keçiriləcək.
Təlim - məşq toplanışının yeri və milli komandaya dəvət olunacaq futbolçuların adları hələ məlum deyil.
Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.
Milli komanda gələn il martın 28 - də, 2010- cu ildə keçiriləcək Dünya Çempionatının seçmə qrup mərhələsi çərçivəsində, Moskvada Rusiya yığması ilə qarşılaşacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]