...

Birinci beynəlxalq zorxana idman yarışması Azərbaycanda keçiriləcək

Cəmiyyət Materials 27 Dekabr 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 27  dekabr / Trend , müxbir T.Cəfərov/ Beynəlxalq Zorxana Idman Federasiyası (IZSF)  bildirib ki, birinci beynəlxalq zorxana idman yarışması Azərbaycanda keçiriləcək. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Yarışmanın Azərbaycanda keçirilməsi qərarı Azərbaycan Zorxana Federasiyasının (AZF) prezidenti Xanlar Qurbanovun   Beynəlxalq Zorxana İdman Federasiyasının sədri Mehr Əlizadə  ilə müzakirəsindən sonra qəbul olunub.

Birinci Beynəlxalq Zorxana idman yarışması 2009-cu il martın 13- 17- dək Bakıda keçiriləcək. Yarışlarda beş qitədən idmançıların iştirakı gözlənilir.

Yarışma Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti