...

"Kommersant" qəzetinin siyasəti dəyişdirilməyəcək – yeni baş redaktor

Cəmiyyət Materials 14 Yanvar 2009 13:46 (UTC +04:00)
"Kommersant" qəzetinin siyasəti dəyişdirilməyəcək – yeni baş redaktor

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ "Kommersant" qəzetinin siyasəti yeni baş redaktorun təyin edilməsi ilə dəyişdirilməyəcək. Bu barədə Trend -a çərşənbə günü telefonla bu vəzifəyə təyin edilən Azər Mürsəliyev bildirib.

"Qəzetin siyasətində heç bir dəyişiklik olmayacaq, işlər əvvəllər planlaşdırılan çərçivədə aparılacaq", - deyə Mürsəliyev bildirib.

"Kommersant" qəzetinin baş redaktoru dəyişdirilib - Andrey Vasilyevin yerinə onun müavini Azər Mürsəliyev təyin olunub.

Vasilyev "Kommersant" qəzetinin baş redaktoru və eyni adlı Nəşriyyat Evinin şef-redaktoru vəzifələrini müvafiq olaraq 1999-cu ildən 2005-ci ilədək və 2006-cı ildən etibarən tutub. O, "Kommersant" Nəşriyyat Evinin şef-redaktru vəzifəsini saxlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti