...

Azərbaycanda "Ana dilimizi sevək, qoruyaq" adı altında Milli Kampaniyaya start verilir

Cəmiyyət Materials 20 Fevral 2009 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir C.Babayeva/ "İrəli" İctimai Birliyi fevralın 21-dən "Ana dilimizi sevək, qoruyaq" adı altında il boyu davam edəcək Milli Kampaniyaya start verir, - cümə günü Trend -a İctimai Birlikdən məlumat verilib.

Fevral 21-i Beynəlxalq Ana dili günüdür.

"İrəli" İctimai Birliyi kampaniyaya sabah saat 14:00-da Fəvvarələr Meydanındakı Nizami heykəlinin qarşısında fleşmobla başlayacaq. Fleşmob Nizami, Xaqani, Rəsul Rza küçələrini əhatə edəcək.

Kampaniya çərçivəsində müxtəlif istiqamətlərdə dilimizə daxil olmuş yad sözlər və onların Azərbaycanca qarşılığının əks olunduğu posterlər çap olunub. Bu posterlər qısa zamanda Bakı şəhəri və Azərbaycanın rayonlarında müəyyən yerlərdə yapışdırılacaq.

Kampaniyanın davamı kimi qeyd olunan mövzuda posterlər reklam bilbordlarında yerləşdiriləcək.

Eyni zamanda "Ana dilimizi sevək, qoruyaq" mövzusunda sosial reklam çarxları da çəkiləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti