...

Azərbaycan milli komandası Almaniyada təlim-məşq toplanışına başlayıb

Cəmiyyət Materials 2 Mart 2009 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart  / Trend , müxbir S.Aslanov /

Futbol üzrə Azərbaycan milli komandası Almaniyada təlim-məşq toplanışına başlayıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan yığmasının baş məşqçisi Berti Fotqtsdur.

Azərbaycan yığması 4 gün davam edəcək toplanış zamanı bir yoxlama oyununda qüvvəsini sınayacaq. Hələlik rəqibin adı bəlli deyil.

Milli komanda "Kempinski" otelində qalacaq və martın 5-də axşam vətənə qayıdacaq. 

Almaniya toplanışı DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oyuna hazırlıq məqsədi daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti