...

"Mançester Yunayted" "aristokratlar"ın yolu ilə getdi

Cəmiyyət Materials 12 Mart 2009 01:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir İ.Sultanov/ Martın 12-də UEFA Çempionlar liqasının 1/8 final mərhələsinin qalan matçları keçirilib. "Mançester Yunayted" - "İnter" görüşündə hesab artıq 4-cü dəqiqədə açıldı. Qolun müəllifi Nemanya Vidiç oldu.
İkinci hissədə Kriştian Ronaldu vurduğu qolla hesabdakı fərqi artırıb. Bundan artıq azarkeşlər bu oyunda qol görə bilməyiblər.
Bu komandalar arasında ilk görüşü heç-heçə başa çatıb - 0:0.
"Barselona" - "Lion" matçında ev sahibləri qonaqlara heç bir şans verməyiblər.
Artıq birinci hissənin ortalarında Anri "dubl"a imza atdı. Messi ilə Eto'O isə müvafiq olaraq 40 və 43-cü dəqiqələrdə hesabı biabırçı həddə çatdırdılar. Yalnız birinci hissənin sonuncu dəqiqəsində Makun hesab arasındakı fərqi azaltdı.
İkinci hissədə Juninyo ispanların qapısına daha bir qol vurdu. Lakin görüşün son anlarında Keyta hesab arasındakı fərqi yenidən üçə çatdırdı.
Bu komandalar arasında ilk görüşü heç-heçə başa çatıb - 1:1
İtaliya paytaxtında isə "Roma" ilə "Arsenal" üz-üzə gəliblər. Bu görüşdə əlavə vaxtda qalib müəyyənləşməyib. Belə ki, matçın 9-cu dəqiqəsində Juan ev sahiblərini irəli çıxartdı. Lakin bu, görüşü əsas vaxtında vurulan yeganə qol idi.
Hakimin təyin etdiyi əlavə vaxt da qalibin müəyyənləşməsinə kömək etmədi. Nəticədə qalibin adı penaltilərdən sonra məlum oldu. 7:6 hesabı ilə qələbə qazanan "Roma" növbəti mərhələyə adladı.
Bu komandalar arasında ilk görüş ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Portu" isə "Atletiko"nu qəbul edib. Hər iki komandanın səyinə baxmayaraq bu oyunda hesab açılmayıb.
Bu komandalar arasında ilk görüşü heç-heçə başa çatıb - 2:2

Xəbər lenti

Xəbər lenti